Netenyahu Avropa Birliyini nasizmlə müqayisə etdi

Netenyahu Avropa Birliyini nasizmlə müqayisə etdi
  15 Sentyabr 2015    Oxunub:2460
İsrailin baş naziri Benyamin Netenyahu Avropa Birliyinin verdiyi qərarı nasistlərin davranışına bənzədərək, vaxtilə Almaniyada yəhudilərə qarşı tədbiq olunmuş tarixi faktları xatırladıb.

AzVision.az Almaniyanın “Der Spiegel” jurnalına istinadən xəbər verir ki, baş nazir Benyamin Netenyahu İsrailin nəzarətində olan ərazilərin Avropa Parlamenti tərəfindən Fələstin ərazisi kimi göstərilməsinə sərt təpki verib. Avropa Parlamentinin bu addımını nasistlərin Almaniyada yəhudi mallarını baykot etməsi tarixi faktına bənzədən baş nazir bunu `hüquqa sığmayan addım` adlandırıb.

Avropa Parlamenti isə öz növbəsində İsraildən işğal etdiyi əraziləri Fələstin torpağı kimi tanımağı tələb edib. Bununla da Avropa Parlamenti heç bir effekt verməyən Yaxın Şərq sülh prosesinə xitam vermiş oldu. Avropa Komssiyası digər üzv dövlətlərə müraciət edərək, İsrailin Qolan təpələri adlanan əraziyə, eləcə də Şərqi Yerusəlimdə yəhudilərin məskunlaşdırılması planına münasibət bildirməyə səsləyib.

Bu ilin aprel ayında Fransa başda olmaqla Avropa Parlamentinə üzv dövlətlər İsraildən həmin ərazilərdən çəkilməyi tələb edib. Baş nazir Beymanin Netenyahu isə bu addımın bütünlükdə səhv olduğunu və verilmiş qərarın heç bir halda sülh ilə nəticələnməyəcəyini açıqlayıb.

Məsələyə münasibət bildirən İsrailin xarici işlər nazirinin müavini Tsipi Hotoveli deyib ki, “İsrail diskriminasiyaya yol vermir, qeyd olunan ərazilər isə onun sərhədləri çərçivəsinə daxildir”.

Xatırladaq ki, 1976-ci ildə baş tutan 6 günlük müharibə nəticəsində İsrail ordusu Şərqi Qüds və Qolan təpələrini işğal edərək öz ərazisi kimi təqdim etməyə başlayıb, lakin beynəlxalq aləm həmin torpaqların İsrailə məxsusluğunu tanımayıb. İsrail təkcə bununla kifayətlənməyərək, Qərbi İordaniya ərazisində də yəhudilərin məskunlaşdırılması prosesini hələ də davam etdirir. Bütün bunlar isə Yaxın Şərq sülh prosesinə ciddi əngəl törədir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti