Medvedevin 50 yaşı oldu: `Mənim üçün adi gündür`

 Medvedevin 50 yaşı oldu: `Mənim üçün adi gündür`
  14 Sentyabr 2015    Oxunub:2456
Bu gün Rusiyanın baş naziri Dmirti Medvedevin ad günüdür.
AzVision.az xəbər verir ki, baş nazir 50 yaşını qeyd edir.

1965-ci ildə Leninqradda doğulan Medvedev artıq 10 ildən çoxdur ki, ad günü mərasimlərini təmtəraqlı şəkildə qeyd etmir.

Onun özü etiraf edib ki, əlamətdar günləri ən yaxın dostları ilə qeyd etməyə üstünlük verir.

“Ad günümü adi gün kimi qeyd edəcəyəm. Xüsusi planım yoxdur. Həmişəki iş rejimində çalışacağam. Bu gün mənim üçün adi günlərdəndir”-deyə baş nazir 50 illik yubileyi ilə bağlı təəssüratlarını bölüşüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti