Misir höküməti istefa verdi

Misir höküməti istefa verdi
  13 Sentyabr 2015    Oxunub:1771
Misirin prezidenti Əbdül Fəttah əs-Sisi hökümətin istefasını qəbul edib.
Yeni nazirlər kabinetinin formalaşdırılması ölkənin neft sənayesinin nazirinə tapşırılıb.

Baş nazir İbrahim Mahlab korupsiya qalmaqalı yaşandıqdan sonra istefa ərizəsini təqdim edib. Bu qalmaqalda baş nazirlə yanaşı Misirin kənd təsərrüfatı naziri Salah Xilyalyın da adı hallanır. Kənd təsərüfatı naziri torpaq sahələrinə lisenziyaların verilməsi zamanı rüşvət alınmaqda ittiham olunaraq sentyabrın 7-si həbs olunub.

Misir prezidenti ölkədə yarana biləcək problemlərin qarşısını almaq üçün yeni hakimiyyət qurulana qədər İbrahim Mahlaba öz vəzifəsini icra etməyi tapşırıb.

Mayın 11-də Misirin Ədliyyə naziri Maxfuz Saber səsləndirdiyi fikirlərin cəmiyyətdə rezonans doğurduğuna görə istefa verib. O bildirib ki, "hakimlər yüksək təminatlı və mənəviyyatlı ailədə tərbiyə olunmalıdır, çünki az təminatlı ailələrin övladları özlərinə münasib iş axtarırlar, belə ki onlar çətinliklərlə qarşılaşa və depresiyadan əziyyət çəkə bilərlər."

Bəzi ekspertlər baş nazirin istefasını oktyabr ayında keçiriləcək ümumi seçkilərlə əlaqədar prezident tərəfindən atılan siyasi motivli bir addım kimi qiymətləndirirlər.

Seçkilərdə iştirak edəcək 3 əsas fraksiyanın təqdim etdiyi namizədlər sabiq Mübarək rejiminin nüfuzlu nümayəndələridir. (Ans)


Teqlər:





Xəbər lenti