Fazil Mustafa çimərliklərdən danışıb

 Fazil Mustafa  çimərliklərdən danışıb
  13 İyun 2013    Oxunub:1261
Millət vəkili Fazil Mustafa sadə vətəndaşların dənizdən istifadə hüququnun hüquqi cəhətdən tənzimlənməsini nəzərdə tutan qanun layihəsinin müzakirələrə çıxarılmasını təklif edib.
AzVision.az-ın məlumatına görə, millət vəkili fikrini bununla əsaslandırıb ki, neçə illərdir sadə, imkansız Azərbaycan vətəndaşları dənizdən, çimərlikdən pulsuz istifadə hüququndan əsasız olaraq məhrum edilib:

“Demək olar ki, dəniz kənarının bir qarışı belə boş deyil. Bütün dənizkənarı çimərliklərin hamısı müxtəlif şəxslər tərəfindən “özəlləşdirilib”, hasara alınıb. İnsanlar dənizdən pulsuz istifadə edə bilmir.

Ona görə təklif edirəm ki, bununla bağlı qanun qəbul edilsin və qanunda nəzərdə tutulsun ki, insanlara ən azı ayda beş gün çimərlik hüququ, dənizdə pulsuz çimmək hüququ, eyni zamanda, dəniz havası almaq hüququ verilsin”.

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti