Dollar bahalaşdı, avro ucuzlaşdı

Dollar bahalaşdı, avro ucuzlaşdı
  09 Sentyabr 2015    Oxunub:2477
Bu gün sentyabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 9-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0027 manat və ya 0,23% azalaraq 1,1717 manata düşüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti