Banklara inanmağa dəyərmi?

Banklara inanmağa dəyərmi?
  07 Sentyabr 2015    Oxunub:2946
Səbinə Məmmədqızı

Valyuta bazarındakı ticarətin hər bir investisiya yatırımdakı kimi riskli olduğunu bilirik. Forex bazarı həmişə volatildir və qiymət bizim iradəmizə tabe deyil. Amma hər halda, burada riski azaltmaq və necəsə idarə etmək olur.


Banklar isə müştəri etibarı qazanmadan mövcud ola bilməzlər. Bank sistemi tam olaraq insanlara pullarının vaxtında və təhlükəsiz, risksiz olaraq qaytarılacağına əsaslanır. İndi dünya maliyyə sisteminin titrədiyi şəraitdə banklarda pulların saxlanması nə qədər etibarlıdır?
Maraqlı sualdır, deyilmi?

Əsas ideya budur ki, biz banka pulumuzu qoyarkən, elə düşünürük, pullarımıza heç kim dəyib-dolaşmır və onlar tam təhlükəsiz şəraitdədir. Reallıqda isə bank bizə pulumuzu istədiyimiz vaxt qaytaracağı barədə vəd verir, biz də bunun əvəzində faiz alırıq. Bank bizə ona inanmağımız üçün pul ödəyir.
Nəzəri olaraq qlobal böhran zamanı elə bir vəziyyət yarana bilər ki, bankın bizə qaytarmağa pulu olmaz. İnsanları ən çox qorxudan odur ki, bank sistemi birdən birə normal fəaliyyət göstərə bilməz və biz qoyduğumuz pulları götürə bilmərik.

Forex bazarında treyder olaraq məni ilk növbədə bazarda gəlirimi və ilkin depozitimi qoruyub saxlamaq maraqlandırır. Forexdən kənarda isə... Ölkələrin borclarının gəlirini üstələdiyi, bankların milliləşdirildiyi, milli valyutaların devalvasiya risklərinin gücləndiyi vəziyyətdə banklara vəsait yatırılması vətəndaşların əlində olanlardan mərhum olması qorxusu yaradır. Bəlkə seyf almaq və pulu evdə saxlamaq barədə düşünmək zamanıdır? Bəlkə indiki şəraitdə bu, ən təhlükəsiz variantdır?

Ən çox narahatlıq yaradan isə yarana biləcək təşvişdir... Biz hamımız malik olduğumuzu qoruyub saxlamaq istəyirik. Düzdür, pul həyatda ən vacib amil olmasa da, onsuz heç nə etmək olmur.

Hər halda, maraqlı sualdır: Pulu indi harda saxlamaq etibarlıdır: bankda ya evdə?


Teqlər:





Xəbər lenti