ARDNŞ büdcəyə 134 milyon ödəyib

ARDNŞ büdcəyə 134 milyon ödəyib
  13 İyun 2013    Oxunub:1252
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin may ayında dövlət büdcəsinə 134 milyon 41 min manat vəsait ödəyib. Bu da ötən ilin müvafiq ayına nisbətən 33 milyon 452 min manat və ya 133,3 faiz çoxdur.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin yanvar-may aylarında büdcəyə 652 milyon 912 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 135 milyon 123 min manat və ya 126,1 faiz çoxdur.

Bu ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fondunun hesabına 13 milyon 326 min manat vəsait köçürüb.

2013-cü ilin yanvar-may aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 63 milyon 390 min manat təşkil edib.


Teqlər:





Xəbər lenti