TQDK nəticələri açıqladı
Boş qalan 1065 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib. Onlardan 904 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olanlar sentyabrın 7-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini ( tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz kollecdən əldə etməlisiniz) daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.
AzVision.az
Teqlər: