Gələn il büdcədə neft neçə dollardan götürüləcək?

Gələn il büdcədə neft neçə dollardan götürüləcək?
  02 Sentyabr 2015    Oxunub:3642
“Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 50 dollar nəzərdə tutulması 2016-cı ildə kapital xərcləmələrinə qənaətin edilməsinə səbəb olacaq”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyi infrastruktur xərcləmələrinə qənaət tətbiq etməklə eyni zamanda gəlirlər və xərclər arasındakı balansı qorumağa çalışır.

“Əldə etdiyimiz məlumata əsasən, infrastruktur xərclərinin azalmasına baxmayaraq sosial ayırmalarda hər hansı ixtisarlar olmayacaq. Gələn ilki büdcədən 2015-ci ildə nəzərdə tutulan sosial ayırmaların həcmini qoruyub saxlamaq mümkün olacaq. Digər tərəfdən, büdcə gəlirlərində qeyri-neft sektorunun payının 35 faiz olması və sosial ayırmaların da həcmdə paya malikliyi bu istiqamətə ayrılan vəsaiti neftin dünya bazar qiymətində sığortalayır. O baxımdan, növbəti ilin büdcəsindəki sosial ayırmalar təmin olunmuş xərc maddəsidir. Güman olunur ki, 2015-ci ilin növbəti aylarında da Maliyyə Nazirliyi sekvest tətbiq etməklə infrastruktur xərclərinə qənaət edəcək. Bütövlükdə, gələn il neftin qiymətinin bu il ilə müqayisədə 40 dollar aşağı götürülməsi qeyri-neft sektoruna diqqətin daha da artırılmasının gündəmə gətirib”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti