Davudoğlunun siyahısı açıqlandı

Davudoğlunun siyahısı açıqlandı
  26 Avqust 2015    Oxunub:2126
Türkiyə baş naziri Əhməd Davudoğlunun müvəqqəti hökumətdə təmsil olunmasını istədiyi millət vəkillərnin adları məlum olub.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlun müvəqqəti hökumətin siyahısını aşağıdakı kimi müəyyənləşdirilib:

Cümhuriyyət Xalq Partiyasından (CHP) 5 millət vəkili:

Ərdoğan Toprak, Ayşə Gülsün Bilgehan Toker, İlhan Kesici, Dəniz Baykal, Təkin Bingöl

Milliyyətçi Hərəkat Partiyasından (MHP) 3 millət vəkili:

Kenan Tanrıkulu, Toğrul Türkeş, Meral Akşənər.

Xalqların Demokratik Partiyasından (HDP) 3 millət vəkili:

Müslüm Ümdoğan, Levent Tüzel, Ali Haydar Konça.

Qalan 11 nazir postu isə Ədalət və İnkişaf Partiyasına (AKP) verilib.

Qeyd edək ki, adları siyahıda yer alan şəxslər sabah yerli vaxtla saat 18:00-dək təklifə vcavab verməlidirlər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti