Elmar Məmmədyarov səfiri qəbul edib

Elmar Məmmədyarov səfiri qəbul edib
  26 Avqust 2015    Oxunub:1621
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuris Maklakovsi qəbul edib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə səfir Y.Maklakovs etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Səfir Y.Maklakovs diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir E.Məmmədyarov səfir Y.Maklakovsa diplomatik fəaliyyətində uğurlar arzu edib.

AzVision.az


Teqlər:





Xəbər lenti