Bakıda qızıl alverçisini aldatdılar – Şikayət

Bakıda qızıl alverçisini aldatdılar – Şikayət
  26 Avqust 2015    Oxunub:1838
Masallı sakini Elnur Ağayev AzVision.az-a şikayət məktubu ünvanlayıb.

Fırıldağın qurbanı olan şikayətçı hüquq-mühafizə orqanlarının rəhbərlərindən dələduzluq edən Masallı rayon sakini Zaur Məmmədovun cəzalanmasını tələb edir.

Elnur Ağayev yazır: “2009-cu ildə "Moskva Univermağı”da qızıl alğı-satqı mərkəzində satıcı işləyirdim. Həmin vaxt 1977-ci il təvəllüdlü Masallı rayon sakini Zaur Məmmədov mağazaya gələrək etibarımdan sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinyət əşyaları götürüb və bu günə kimi onu geri qaytarmayıb. Zaura görə banklara möhtac oldum və həmin univermaqdan çıxmalı oldum. Hadisədən 6 il keçməsinə baxmayaraq, Zaur mənə olan borcunu geri qaytarmaq istəmir”.

E.Ağayev bildirir ki, hadisə ilə bağlı 2012-ci ildən bu günə kimi hüquq-mühafizə orqanlarına- Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə, Nəsimi Rayon Polis İdarəsinə və 19-cu polis bölməsinə rəsmi şikayət edib:

“Hətta Zaurun anası Xavər Məmmədovla danışdım. Ondan telefonda aldığım cavab bu oldu: "Sən heç bilirsən Zaurun arxasında kimlər dayanır?” "Oğluma bir şey olsa, səndən əl çəkən deyiləm”. Zaur məndən əlavə olaraq Masallı rayonundan daha bir nəfəri aldadaraq ondan 13.000 AZN alıb”.



Zaur Məmmədov



Teqlər:





Xəbər lenti