Hicran Hüseynova Sumqayıtlılarla görüşüb

Hicran Hüseynova Sumqayıtlılarla görüşüb
  26 Avqust 2015    Oxunub:1953
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova avqustun 25-də Sumqayıt şəhəri, Qubadlı rayon təhsil şöbəsində Sumqayıt, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
Komitədən Azvision.az-a verilən məlumata görə, qəbulda bu rayonlardan 32 ərizəçi öz problemləri ilə bağlı müraciət edib. H.Hüseynova onların problemlərini dinləyərək bir çoxunun elə yerindəcə həll edilməsinə nail olub. Bu müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlər yer tutur.

Eyni zamanda, Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti