Daha 9 nəfər Razi Nurullayevi dəstəklədi

Daha 9 nəfər Razi Nurullayevi dəstəklədi
  24 Avqust 2015    Oxunub:1767
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sumqayıt Rayon Şöbəsinin bir qrup üzvləri Razi Nurullayevin təsis etdiyi AXCP Etimad Qurultayını dəstəkləyib. Onlar bununla bağlı bəyanat imzalayıb.

AzVision.az aznews.az-a istinadən həmin bayanatı tədqim edir: “Biz hərəkatçılar 1988-ci ildən represiyaya uğrayaraq, təhdid edilərək və şərlənərək dəfələrlə həbs olunmağımıza baxmayaraq, hamımızın dönməz mübarizəsi nəticəsində Azərbaycanımızın müstəqilliyinə nail olduq. Xalqımız, AXCP hakimiyyəti dövründə demokratikləşmə dövrünə qədəm qoydu. Bir il müddətində rus qoşunlarının ölkədən çıxarılmasına nail olduq. Dövlət atributlarımızı - himnimizi, gerbimizi, bayrağımızı, milli valyutamızı, təhsildə MDB ölkələri arasında test üsulunu bərqərar etdik. Məhz, bu biz cəbhəçilərin əzmkar mübarizəsi nəticəsində baş verdi. Müxalifət, davamlı olaraq kalon şəklində mitinqlər keçirməyə başladı. 20 yanvardan başlanan izdiham Qələbə kinoteatırının qarşısındakı meydanda çoxsaylı etiraz aksiyaları keçirirdi.

AXCP-nin içində “gizli əl” kimi işləyən fitnəkar və xain ünsürlərin əməyi nəticəsində AXCP param-parça olaraq üç yerə bölündü. Məşhur drijor çubuğu zaman-zaman bölünmüşləri müxtəlif adlar altında - SİDSUH, İctimai Palata və nəhayət 2013-cü il prezident seçkilərində Milli Şura adı altında fəaliyyət göstərməyə vadar etdi.

Ənənəvi olaraq yenə də sehrli çubuq Milli Şurada olanları pərən-pərən saldı. Bundan sonra xalqda gözünü dikdiyi müxalifətə qarşı bir inamsızlıq yarandı.

Yaxın zaman ərzində AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev AXCP-dən uzaqlaşdırılanları və incik düşənləri öz ətrafına yığaraq AXCP-nin yenidən qurulmasını bəyanatla elan etdi. Özünə tərəfdar toplaya da bildi.

Dünya təcrübəsində istər demokratik, istərsə də despot təmayüllü ölkələrdə 22 il müxalifət yerində saymır. Bəhanə gətirərək, əks arqument bildirənləri də qəbul etmirik. Müxtəlif liderlər ətrafında birləşərək, alver predmetinə çevrilən bizlər yorularaq usandıq.

Biz aşağıda adları gedən Sumqayıt cəbhəçiləri Razi Nurullayevin formalaşdırdığı AXCP-də birləşdiyimizi bəyan edirik.

1. Şakir Məmmədov

2. Məmmədyar Məmmədov

3. Bəhrəm Qasımov

4. İmran Muradxanov

5. Mübariz Ağaməmmədov

6. Əvəz Məmmədov

7. Allahverdi Zeynalov

8. Rövşən Muradov

9. Elşən Muradov"

AzVision.az


Teqlər:





Xəbər lenti