Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək

Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək
  11 İyun 2013    Oxunub:1200
Biznes forum çərçivəsində Azərbaycan, Belçika və Niderland iqtisadiyyatına dair təqdimatlar keçiriləcək.
İyunun 13-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə hər üç ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, mühəndislik, külək, biokütlə və bioqazdan enerji istehsalı, günəş panelləri üçün şüşə istehsalı, suyun təmizlənməsi, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

Biznes forum çərçivəsində Azərbaycan, Belçika və Niderland
iqtisadiyyatına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.

AzVision.az




Teqlər:





Xəbər lenti