AXCP-dən kütləvi istefalar olacaq

AXCP-dən kütləvi istefalar olacaq
  22 Avqust 2015    Oxunub:2697
Yaxın günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasında kütləvi istefalar olacaq. Bu barədə AzVision.az-a partiya daxili mənbədən bildiriblər.

Mənbənin sözlərinə görə, istefa verəcək şəxslər Razi Nurullayevin alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulacaqlar: `AXCP-dən istefa verib Razi Nurullayevin tərəfinə keçmək istəyən onlarla cəbhəçi var. Onlar qarşıdakı günlərdə hissə-hissə bəyanat verərək partiyadan uzaqlaşacaq`.

Mənbəmiz bildirdi ki, artıq istefa verəcək şəxslərin adları ona məlumdur, lakin bunu həmin şəxslər öz bəyanatları ilə açıqlayacaqlar.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti