`Uşaqlarımdan imtina edirəm` - İtən ana tapıldı
O, atasının evinə qayıdıb. Polis əməkdaşları tərəfindən dindirilən qadın evdən getməsininn səbəbini açıqlayaraq bildirib ki, ərinin ailəsi ilə yola gedə bilmir.
“Mən üç uşağımdan da imtina edirəm, rayonda yaşaya bilmirəm, Bakıda yaşamaq istəyirəm” - deyə Ş.Rüstəmova bildirib.
O həmçinin 20 gün ərzində Bakıda süpürgəçi bir qadının evində qaldığını bildirib.
Şəlalə Rüstəmova iyulun 31-i gecə saatlarında özünə məxsus qızılları və qayınatasına məxsus mobil telefonu, həyətdə olan avtomabilin açarını götürərək evdən qaçıb. Onun üç azyaşlı övladı var. Rusiyada yaşayan əri Arif Rüstəmov də hadisəni eşidib və evə qayıdıb.
Teqlər: