Bakıya daha bir sürət qatarı gətirildi

Bakıya daha bir sürət qatarı gətirildi
  19 Avqust 2015    Oxunub:2445
`Azərbaycan Dəmir Yolları` QSC-nin Minskin `Stadler` zavodundan aldığı 5 sürət qatarından üçüncüsü Bakıya gətirilib.

AzVision.az-ın məlumatına görə, bu barədə trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

O bildirib ki, bu qatarlar Bakı-Sumqayıt xətti üzrə sərnişin daşıması üçün nəzərdə tutulub: “Bundan başqa Keşlə-Yalama xətti üçün Riqadan alınan 5 elektrik qatarından 3-ü artıq Bakıdadır”.

AzVision.az



Teqlər:





Xəbər lenti