MSK iclas keçirdi

MSK iclas keçirdi
  19 Avqust 2015    Oxunub:2013
Bu gün Mərkəzi Seçki Komisiyasının (MSK) iclası keçirilib. AzVision.az-ın məlumatına görə, iclasda əvvəlcə 15, 25, 27 may tarixli iclaslarının protokolu təsdiq edilib.

Daha sonra çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ına əsasən, aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məlumat verib.

O, bu sahədə xeyli tədbirin keçirildiyini qeyd edib.

MSK sədrinin müavini Mikayıl Rəhimov bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması ilə bağlı məlumat verib.

O deyib ki, dairə seçki komissiyalarına yeni məntəqələr yaratması tövsiyə olunur.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Elvin Abdulqədirov

AzVision.az


Teqlər:  





Xəbər lenti