Bakcell baza stansiyaların sayına görə liderliyə doğru

Bakcell baza stansiyaların sayına görə liderliyə doğru
  13 Avqust 2015    Oxunub:1864
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə göstərdiyi mobil rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına, əhatə dairəsinin daha da genişləndirilməsinə və şəbəkənin gücləndirilməsinə sərmayə yatırmağa davam edir.
AzVision.az xəbər verir ki, hazırda Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 2000-ə yaxın 3G stansiyası sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. Şəbəkənin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində şirkət 2G, 3G və 4G baza stansiyalarının sayına görə rəqiblərini üstələyib. Ümumilikdə baza stansiyalarının sayını 5299-a çatdıran şirkət cəmi bir neçə ay əvvəl istifadəyə verdiyi 4G xidməti üzrə də ölkədə lider mövqeyə sahibdir.

Hazırda Bakcell 2947 2G, 1979 3G və 373 4G baza stansiyası vasitəsilə abunəçilərinə yüksək keyfiyyətli mobil rabitə və İnternet xidməti göstərir. Bazarda aparıcı mobil internet provayderi mövqeyinə sahib olan Şirkət yaxın zamanda 3G və 4G baza stansiyalarının sayını artırmaqla yüksək keyfiyyətli Mobil İnternet xidmətinin əhatə dairəsini daha da genişləndirməyi və 2016-cı ilin ortasına qədər əlavə 1000 4G baza stansiyasını quraşdırmağı qarşısına hədəf qoyub. Baza stansiyalarının sayının və tutumumun artımı respublikanın paytaxtda və bölgələrində, eləcə də ucqar ərazi hesab olunan kənd və rayonlarda daha keyfiyyətli və kəsintisiz mobil rabitə və İnternet xidmətini təmin edəcək.

Bakcell şirkəti eyni zamanda 4G xidmətindən faydalanan abunəçilərin sayına görə də liderdir “Bakcell şirkəti bugün Azərbaycanda baza stansiyalarının sayına və tutumuna görə liderdir. Biz Azərbaycanın ən ucqar nöqtələri daxil olmaqla bütün ölkə ərazisində abunəçilərimiz üçün keyfiyyətli mobil rabitəni və İnterneti təmin etmək məqsədilə 2G və 3G şəbəkəmizi genişləndirərək öz rəqiblərimizi üstələyirik. Biz eyni zamanda mobil İnternet bazarında ən böyük paya mailk olan şirkətik. Rəqiblərimiz mobil İnternetin həm keyifyyətində, həm də həcmində bizdən geri qalır. Cəmi bir neçə ay öncə istifadəyə verdiyimiz 4G LTE xidməti hal-hazırda yalnız Bakı şəhərini əhatə etsə də, bu xidmətdən istifadə edən abunəçilərimizin sayı sürətlə artır”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti