Ötən gün 4 nəfər suda boğulub

  06 Avqust 2015    Oxunub : 1222
Ötən gün 4 nəfər suda boğulub
Suda boğulan 4 nəfərin meyiti tapılıb.
AzVision.az DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 5-də Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində Gəncə şəhər sakini Akif Məmmədov, Zuğulba çimərliyində Buzovna qəsəbə sakini Ərəstun Əliyev, Tovuz rayonu Qazqulu kəndində Kamran Hüseynov isə su anbarında çimərkən boğulublar.

Şəmkir rayonunun Qaranüy kənd sakini Elvin Piriyev Kür çayında balıq tutarkən çaya yıxılı və boğularaq dünyasını dəyişib.

Onların meyitləri sudan çıxarılıb.

AzVision.az

Teqlər: