Sumqayıtda iki avtomobil yanıb

Sumqayıtda iki avtomobil yanıb
  05 Avqust 2015    Oxunub:1660
Sumqayıt şəhərində iki avtomobil yanıb.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus minik avtomobilinin salonu, mühərrik hissəsi və digər vətəndaşa məxsus minik avtomobilinin arxa hissəsi qismən yanıb. Yanğın zamanı bir nəfər yüngül yanıq xəsarəti alıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqda yerləşən digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 13:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti