Serbiya Azərbaycandan qaz idxalında maraqlıdır

Serbiya Azərbaycandan qaz idxalında maraqlıdır
  03 Avqust 2015    Oxunub:1673
Serbiya Rusiyadan yan keçməklə Azərbaycan qazını Avropaya nəql edən layihələrə qoşulmaq marağında olduğunu bildirib. AzVision.az -ın məlumatına görə, bu barədə Serbiyanın baş naziri Aleksandar Vuçiç Albaniyaya ilk səfəri öncəsi bildirib.

"Biz amerikalı dostlarımız üçün də əhəmiyyətli hesab olunan Serbiyaya qaz təchizatı mənbələrinin diversifikasiya edilməsinə hazırıq", - baş nazir deyib.

Onun özlərinə görə, Serbiya ABŞ-ın Rusiya qazından asılılığı azaltmaq çağırışına səs verir və ölkə Azərbaycandan Avropaya qaz ixrac edəcək ABŞ-ın da dəstək verdiyi kəmərin inşasına qoşulmaq niyyətindədir.(report)

AzVision.az


Teqlər:





Xəbər lenti