Azərbaycan Britaniyaya qida məhsulları ixrac edə bilər

Azərbaycan Britaniyaya qida məhsulları ixrac edə bilər
  02 Avqust 2015    Oxunub:2856

Azərbaycan Böyük Britaniyaya qida məhsulları və içkilər ixrac edə bilər. AzVision.az-ın məlumatına görə, bunu Trend-ə Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendri deyib.

Onun sözlərinə görə, Azərbaycan çox keyfiyyətli qida məhsulları istehsal edir və Böyük Britaniya bu məhsulların ixracı baxımından ölkə üçün əhəmiyyətli bazar ola bilər.

Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar nəzərə alınsa, britaniyalı biznesmenlər üçün Azərbaycan bazarının nə qədər cəlbedici olması barədə sualı şərh edən Ç.Hendri qeyd edib ki, Azərbaycan cəlbedici və əhəmiyyətli bazar kimi nəzərdən keçirilir.

Britaniyanın əsas şirkətlərinin Azərbaycanın xüsusilə neft və qaz sahələrində iştirakı digər ölkənin şirkətlərini də onlardan nümunə götürməyə ruhlandırır.

Ç.Hendri əlavə edib ki, Azərbaycanda neft və qaz sahələrində britaniyalı şirkətlər üçün xeyli sayda imkan var: "Lakin hazırda ölkələrimiz arasında prioritet məsələ biznes əməkdaşlığının digər sahələrdə də genişləndirilməsidir. Bu ideya Azərbaycan hökuməti üçün də prioritetdir və Britaniya bu məqsədləri bölüşür".

AzVision.az


Teqlər:





Xəbər lenti