Bu günə olan hava proqnozu
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.
Eldar Tanrıverdiyev
Azvision.az
Teqlər: