Azərbaycanda 24 yaşlı qadın üçəm dünyaya gətirdi

Azərbaycanda 24 yaşlı qadın üçəm dünyaya gətirdi
  30 İyul 2015    Oxunub:3151
Respublika Perinatal Mərkəzində üçəm doğulub.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Baxşəliyeva Elnarə Elman qızı iyulun 29-da Bakıda üçəm (1 qız və 2 oğlan) dünyaya gətirib. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların ikisinin çəkisi 2,4, birininki isə çəkisi 2,5 kiloqramdır.

Həkimlər körpələrin vəziyyətinin normal olduğu bildirib.


Teqlər:





Xəbər lenti