Qorbaçov iflic olub
Mixail Qorbaçovun sağlamlığı onun bir müddət əvvəl vəfat edən Rusiyanın keçmiş xarici işlər naziri Yevgeni Primoakovun vida mərasimində iştirakına imkan verib, ancaq həmişə yanında həkimlər olub. Mənbənin məlumatına görə, qorbaçov faktiki olaraq hər gün səhərdən xəstəxanaya gəlir, palatada zəruri prosedurlardan keçirdi. Dünən axşam isə o evinə geri qayıdıb.
Qorbaçovun hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmasa da, indi ağır xəstəlik səbəbindən qismən iflic olduğu bildirilir. “Həkimlər mənim yaxşı olmağım üçün hər şey edirlər, ancaq irəliləyiş hiss olunaq qədər deyil. Mən hərəkər edə bilmirəm, çox istərdim ki, yenidən hərəkət edim”, - SSRİ-nin ilk prezidenti deyib.
Onun köməkçisi isə deyib ki, Mixail Sergeyeviç yalnız bir sutkadır belə olub. Mütəxəssislər isə onun indiki vəziyyətə düşməsinin səbəbini insult keçirməsi ilə izah edirlər.(Modern.az)