İŞİD lideri qadın paltarında tutuldu

İŞİD lideri qadın paltarında tutuldu
  16 İyul 2015    Oxunub:3352
O, qoşunlarla əhatə olunmuş şəhərdən çıxmağa çalışıb.
“İslam dövləti” (İŞİD) terror qruplaşmasının başçılarından biri, hökumət qoşunlarının kütləvi hücuma başladıqları İraq şəhəri - Əl-Fəculla şəhərindən qadın paltarında çıxmağa çalışarkən saxlanılıb.

Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ümumiraq hərbi informasiya mərkəzindən bildiriblər.

“Ənbər şəhərində İD başçılarından biri, qondarma islam polisinin rəhbərinin müavini Əl-Fəculla şəhərində çərşənbə günü İraqın xüsusi təyinatlıları tərəfindən şəhərdən qadın paltarında qaçmağa çalışarkən saxlanılıb”, - mərkəz dəqiqləşdirib.

Məlumata görə, liviyalı Əbu Obeyda əl-Marui Əl-Fəculla Əl-Baluvan rayonunda saxlanılıb.

Əl-Marui qoşunlarla əhatə olunmuş şəhərdən, yerli sakinlərin qrupuna soxularaq çıxmağa çalışıb. Bu dəfə keçmiş polis rəisinin müavini Ənbər əyalətində kəndli qızların geyimində olub.


Teqlər:





Xəbər lenti