Dilqəm Əsgərovun yeni görüntüləri - VİDEO

Dilqəm Əsgərovun yeni görüntüləri - VİDEO
  15 İyul 2015    Oxunub:10128
Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedərkən ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin "məhkəmə" prosesi zamanı lentə alınan yeni görüntüsü yayılıb.

Görüntülərdə Dilqəm Əsgərovun məhkəmə zalına gətirildiyi zaman axsadığı açıq aydın şəkildə görünür. Video material "Azadlıq Radiosu"nun İrəvan bürosu tərəfindən çəkilib.

Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az həmin videonu təqdim edir:



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti