Ukraynada yenidən qanlı döyüşlər başladı: Ölənlər var

Ukraynada yenidən qanlı döyüşlər başladı: Ölənlər var
  15 İyul 2015    Oxunub:2995
Son 24 saat ərzində 8 Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.
AzVision.az “UNAİN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

“Son 24 saat ərzində 8 hərbçimiz həlak olub, 16 hərbçimiz isə yaralanıb” – deyə yayılan məlumatda bildirilir.

Qeyd edək ki, Atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti