`Qərblə razılaşma İranın qələbəsidir` - Ruhani

`Qərblə razılaşma İranın qələbəsidir` - Ruhani
  15 İyul 2015    Oxunub:2615
İran prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə proqramı ilə bağlı razılaşma əldə olunandan İran dünyada təhlükə mənbəyi kimi qəbul olunmayacaq.
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

`Heç kəs İranın mühasirəyə alındığını deyə bilməz. Razılaşma İranın hüquqi , texniki və siyasi qələbəsi oldu. Nailiyyət bundan ibarətdir ki, İranı daha dünya üçün təhlükə adlandırmayacaqlar `, - deyə Ruhani Nazirlər Kabinetinin iclasında bildirib.

Qeyd edək ki, ötən gün rəsmi Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran nüvə proqramına dair bütün məsələlər, mövcud və potensial nizamlanmasını nəzərdə tutan yol xəritəsi imzalayıblar.

`Altılıq` ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) və İran nüvə məsələsinin nizamlanması üzrə birgə kompleks tədbirlər planı razılaşdırıb. Sənəd 17 səhifədən ibarətdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti