Məşhur narkobaron türmədən belə qaçdı - Video

Məşhur narkobaron türmədən belə qaçdı - Video
  15 İyul 2015    Oxunub:3950
Meksikanın hüquq-mühafizə orqanları dünyanın ən təhlükəli narkobaronu olan "El-Çapo" ləqəbli Hoakin Qusmanın həbsaxnadan necə qaçdığının kadrlarını yayıb.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, narkomafiya başçısı ölkənin ən etibarlı - Almoloyya-de-Xuares həbsxanasından qaçıb. "El-Çapo" nəzarətçilərin gözündən yayınaraq, tunel vasitəsilə aradan çıxıb.

Tunelin uzunluğunun 1,5 kilometr olduğu bildirilir. Bu tunellər işıqlandırma və havalandırmanın stabil saxlanılması üçün qazılıb.

Ehtimallara görə, Hoakim Qusman bu məsafəni süründükdən sonra həbsxananın yaxınlığında olan tikinti ərazisinə çıxıb və burda onu əvvəlcədən gözləyən motosikletə minərək oradan uzaqlaşıb.

"El-Çapo" ləqəbli narkobaron ötən ilin fevralında həbs olunub. Bu vaxta qədər isə o, 15 il axtarışda olub. O, beynəlxalq narkotrafiklərin təşkilində və reallaşdırılmasında ittiham olunaraq 300 ildən 400 ilədək müddətə azadlıqdan məhrum edilib.




Teqlər:





Xəbər lenti