Kerri və Zərif Nobel sülh mükafatı ala bilər

Kerri və Zərif Nobel sülh mükafatı ala bilər
  15 İyul 2015    Oxunub:2383
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİRPİ) 2016-cı il üçün Nobel mükafatına namizəd kimi İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ dövlət katibi Con Kerrini göstərib.
Bu barədə AzVision.az `İRNA` agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən SİRPİ bununla da, onların İran nüvə proqramı üzrə razılaşmanın əldə olunmasında oynadığı rolu vurğulayır.

Qeyd edək ki, ötən gün rəsmi Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran nüvə proqramına dair bütün məsələlər, mövcud və potensial nizamlanmasını nəzərdə tutan yol xəritəsi imzalayıblar.

`Altılıq` ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) və İran nüvə məsələsinin nizamlanması üzrə birgə kompleks tədbirlər planı razılaşdırıb. Sənəd 17 səhifədən ibarətdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti