Türkiyədə dəhşətli qəza: 6 ölü, 40 yaralı - VİDEO

Türkiyədə dəhşətli qəza: 6 ölü, 40 yaralı - VİDEO
  15 İyul 2015    Oxunub:1563
Türkiyədə ağır yol qəzası baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bolu şəhərində baş verib. Yağışdan sonra yolun sürüşkən olması və sürücünün idarəetməni itirməsi sərnişin avtobusunun aşmasına səbəb olub.

Eyni istiqamətdə gələn ikinci avtobus sürücüsü də qəzanın baş verdiyi görüb və əyləci basıb. Lakin bu növbəti qəzanın baş verməsini qaçılmaz etməyib.

Zəncirvari qəza nəticəsində hər iki avtobus bariyerlərə çırpılıb və dəmir arakəsmələrin üzərinə çıxıb.

İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 40-dan çox yaralı var. Qəza İstanbul yolunun bağlanmasına da səbəb olub.




Teqlər:  





Xəbər lenti