Bayramda yaranan basabasda 27 nəfər ölüb

Bayramda yaranan basabasda 27 nəfər ölüb
  15 İyul 2015    Oxunub:1696
Hindistanın Racamandri şəhərində dini festival zamanı həlak olanların sayı 27 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, daha 35 nəfər yaralanıb. Həlak olanların əksəriyyəti qadınlardır.

Qeyd edək ki, yüzlərlə insan Puşkaralu bayramı münasibətilə Qodavari çayında dəstəmaz almaq üçün pilləli enişə - qxatlara getmək istəyib.Minlərlə möminin qxatların birində yığılması nəticəsində basabas yaranıb.

Şəhər xəstəxanasına yerləşdirilən yaralıların bəzilərinin vəziyyəti ağırdır.

Yaxın 12 gündə Qodavari çayında 10 milyondan çox insanın dəstəmaz alacağı ehtimal olunur.


Teqlər:





Xəbər lenti