`Putin məni ilhamlandırdı` - Obamaya kritik zəng

`Putin məni ilhamlandırdı` - Obamaya kritik zəng
  15 İyul 2015    Oxunub:2860
ABŞ prezidenti Barak Obama ` The New York Times`-a müsahibəsində bildirib ki, Rusiya lideri Vladimir Putinin zəng edərək Suriya ətrafında vəziyyəti müzakirə etmək təklifi onu ilhamlandırıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Obamanın fikrincə, Rusiya rəhbərliyi Suriya prezidenti Bəşər Əsəd rejiminin ərazilər üzrə nəzarəti itirdiyini və rejimin sünni-cihadçılar tərəfindən devrilməsinin qaçılmaz olduğunu anlayıb. Bu da öz növbəsində daha böyük təhlükədir.

ABŞ prezidenti bildirib ki, o, bu barədə Rusiya lideri ilə `G-20` sammitinin Los-Kabos`da keçirilən sammitində danışmağa cəhd edib.

`Rusiyanın qarşılaşdığı problem ondan ibarətdir ki, Bəşər Əsəd Suriya əhalisinin böyük əksəriyyəti arasında öz legitimliyini itirib`, - deyə Obama qeyd edib.

Bundan əlavə İranın nüvə proqramı ilə əlaqədar əldə olunan razılaşmaya toxunan Obama vurğulayıb ki, Rusiyanın köməyi olmadan bu razılaşmanın əldə edilməsi mümkünsüz olacaq idi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti