ABŞ-da daha bir atışma: Yaralılar var

ABŞ-da daha bir atışma: Yaralılar var
  15 İyul 2015    Oxunub:1686
ABŞ-ın Sent-Luis şəhərində (Missuri ştatı) naməlum şəxsin açdığı atəş nəticəsində dörd nəfər yaralanıb.
Bu barədə AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində iki kişi və iki xanım yaralanıb. Onlar hamısı afroamerikalılardır.

Həkimlər yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirir. Hadisə yerinə pois əməkdaşları cəlb olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti