Tiflisdə güclü partlayış: ölü sayı artır

Tiflisdə güclü partlayış: ölü sayı artır
  15 İyul 2015    Oxunub:2539
Tiflisin Qldani massivinin 6-cı rayonunda yaşayış binasının ikinci korpusunda güclü partlayış baş verib.
İlkin versiyada bildirilib ki, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində 2 nəfər, bir qadın və bir kişi ölüb, 3 nəfər isə yaralanıb. Yaralanan sakinlər xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 5-ci mərtəbənin 3 divarı uçub, həmçinin qonşu binadakı evlərin şüşələri qırılıb. Hadisə yerinə Tiflis şəhər meri David Narimaniya, baş nazirin birinci müavini Kaxa Kaladze və rayon icra hakimiyyətinin rəhbəri gəlib.

Hadisə yerində xilasetmə işləri həyata keçirilir.

Gürcüstan DİN mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.

***

Tiflisin Qldani massivinin 6-cı rayonunda, yaşayış binasının ikinci korpusunda güclü partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Bu barədə Tiflis şəhər meri David Narimaniya hadisə yerində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, qaz sızmasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb və 8 nəfər zərər çəkib.

Hadisə yerində Tiflis fövqəladə hallar departamentinin xilasediciləri çalışırlar.

Xatırladaq ki, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır. APA)


Teqlər:  





Xəbər lenti