Fransa və Almaniya birgə silah istehsal edəcəklər

Fransa və Almaniya birgə silah istehsal edəcəklər
  14 İyul 2015    Oxunub:3007
Almaniya hərbi sənayesinin məhdudlaşdırılmasının qarşısını almaqdan ötrü federal hökumət digər Avropa dövlətləri ilə birgə silah və hərbi texnika istehsal etməyi planlaşdırır.

Belə ki, Almaniyanın tank istehsal edən “Krauss-Maffay Vegman” şirkəti ilə Fransanın “Nexter System” hərbi konserni arasında əməkdaşlığa dair razılıq əldə olunub.

Birlikdə çalışacaq bu iki hərbi şirkət Fransız ordusunu döyüş texnikası ilə təchiz edəcək. 2014-cü ildə əldə olunan qeyri-rəsmi razılığı sözügedən şirkətlər 14 iyul Fransa milli bayramı tarixində imzalamaqla rəsmiləşdirəcəklər.

Niderland ilə də belə bir müqavilənin imzalanacağı gözlənilir. Həmçinin o da bildirilir ki, Səudiyyə Ərəbistanın Yəməndə istifadə etdiyi “Typ G3” və “Typ G36” hücum silahlarını vaxtıkən Almaniya Sədudiyyə Ərəbistanına satıb. Ümumiyyətlə, Almaniyanın ən çox silah satdığı ölkələr sırasına İsrail, ABŞ, Fransa, Britaniya, İtaliya, Belçika, Kanada, Sinqapur, Cənubi Koreya, Bruney, İraq, Əlcəzair və Səudiyyə Ərəbistanı daxildir.



Xatırladaq ki, təzəlikcə Almaniyada ordunun 80 milyon avro dəyərində lazer silahlarla təmin oluması üçün dövlət tərəfindən rəsmi qərar verilib. Almaniya müfadiə nazirliyinin sözçüsü deyib ki, “Rheinmetall” və “MBDA” silah firmaları birlikdə tam lazerləşdirilmiş tankın, eləcə də bir çox döyüş vasitələrinin istehsalına tam nail olub. Bütün bu yeni texnolgiyalar alman əsgərinin gələcək savaş vasitələri olacaq.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti