`Dünya dərindən rahat nəfəs aldı` - Putin

`Dünya dərindən rahat nəfəs aldı` - Putin
  14 İyul 2015    Oxunub:3120
Rusiya İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Vyanda əldə olunan razılaşmanı alqışlayır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putinin Kremlin rəsmi saytında yerləşdirilən bəyanatında bildirilir.

`Rusiya İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Vyanda əldə olunan razılaşmanı və `altılıq` və İran arasında birgə tədbirlər planını alqışlayır. Əminik ki, bu gün dünya dərindən rahat nəfəs aldı`,- deyə Putinin bəyanatında bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti