İranla razılaşma neftin qiymətlərini aşağı saldı

İranla razılaşma neftin qiymətlərini aşağı saldı
  14 İyul 2015    Oxunub:2291
İran və "altılıq" ölkələri (BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniya) nüvə proqramı ilə bağlı razılaşmanın imzalanmasından sonra neftin qiyməti 1 dollar aşağı salıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 51,12 dollar , ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 57,31 dollardır.

Qeyd edək ki, bu gün rəsmi Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran nüvə proqramına dair bütün məsələlər, mövcud və potensial nizamlanmasını nəzərdə tutan yol xəritəsi imzalayıblar.

`Altılıq` ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) və İran nüvə məsələsinin nizamlanması üzrə birgə kompleks tədbirlər planı razılaşdırıb. Sənəd 17 səhifədən ibarətdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti