SOCAR Qazprom-a `hə` dedi

SOCAR Qazprom-a `hə` dedi
  14 İyul 2015    Oxunub:2833
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın “Qazprom” şirkətinə Azərbaycanın "AzMeCo" şirkətinin metanol istehsalı zavoduna qaz tədarükünü həyata keçirmək üçün icazə verib.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O, fikirlərini belə davam etdirib:

`Qaz idxalına ehtiyacımız yoxdur, müqavilə öhdəliklərini yerinə yetiririk. İş orasındadır ki, metanol zavodu inşa edilib. Müəssisə qaz tədarükü ilə bağlı bizimlə uzunmüddətli müqavilə imzalamayıb. Buna görə zavod üçün bizim ehtiyatımız yoxdur. Bu səbəbdən “AzMeCo” şirkətinin Rusiyanın “Qazprom” şirkətindən qaz almasına etiraz etmədik. Rusiya qazının bizim boru kəmərlərimiz ilə tədarükünə icazə verən müqavilə imzalandı`.

Dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti hər hansı investisiya layihəsinin icrasını saxlamaq niyyətində deyil deyən Rövnəq Abdullayev:

"Lakin biz ehtiyatla yanaşırıq, riskləri idarə edirik. Risklər var və bizim böyük qrupumuz mövcuddur və onlar bu məsələlərə vaxtında baxırlar" - deyə, əlavə edib.


Teqlər:  





Xəbər lenti