“Euronews” könüllülərin paradından reportaj hazırlayıb - Video

“Euronews” könüllülərin paradından reportaj hazırlayıb - Video
  14 İyul 2015    Oxunub:2446
“Euronews” kanalı Bakıda I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbirlə bağlı reportaj hazırlayıb.
AzVision.az xəbər verir ki, reportajda tədbirin I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunduğu vurğulanıb.

Qeyd edək ki, yürüş “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçirilib. Yürüşdə 15 min könüllü iştirak edib. Axşam saat 8-də Bayraq meydanı yaxınlığından start götürən yürüş Dənizkənarı Milli Parkda “Saat qülləsi”nin yanında yekunlaşıb.

Yürüşün təşəbbüskarları Gənclər və İdman Nazirliyi və “Bakı 2015”Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).




Teqlər:  





Xəbər lenti