Erməni `makler` Zukerberqi məhkəməyə verdi

Erməni `makler` Zukerberqi məhkəməyə verdi
  14 İyul 2015    Oxunub:3164
Daşınmaz əmlak satışı ilə məşğul olan erməni ticarətçi Mirçe Voskerisyan vədini yerinə yetirmədiyi üçün `Facebook` rəhbəri Mark Zukerberqi məhkəməyə verib.
AzVision.az `Bloomberg` agentliyinə istinadən xəbər verir ki, erməni biznesmen Zukerberqə 2,8 milyon dollar güzəştlə ev satıb.

Güzəşt müqabilində `Facebook` rəhbəri biznesmeni `Silikon vadisi`nin elitası ilə tanış etməli, o isə özünə yeni potenisal müştərilər tapmalı idi.

Vaoskerisyanın vəkilləri iddia edir ki, Zukerberqə görə, biznesmenin digər potensial alıcı – evə görə, 4,3 milyon dollar ödəməyə hazır olan afrikalı şahzadə ilə sövdələşməsi pozulub.

Öz növbəsində Zukerberqin vəkilləri şəxsi detektivlər vasitəsilə Voskerisyanın versiyasının araşdırıb və potensial alıcı-şahzadənin olmamasına dair dəlilər tapıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti