Manat yenə ucuzlaşacaq? - Elman Rüstəmovdan cavab

Manat yenə ucuzlaşacaq? - Elman Rüstəmovdan cavab
  14 İyul 2015    Oxunub:3675
Hələ Avropa Oyunları başlamazdan əvvəl bəzi mətbuat orqanlarında, eləcə də sosial şəbəkələrdə müxtəlif şaiyələr dolaşırdı.

Onlardan biri oyunlar bitdikdən sonra manatın məzənnəsinin ucuzlaşacağı ilə bağlı idi. Guya milli valyuta məhz Avropa Oyunları zamanında dövlət tərəfindən sabit saxlanır və s.

AzVision.az xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bu iddialara cavab verib. Baş bankir ANS-in suallarını cavablandırarkən bu ölkənin maliyyə vəziyyətilə bağlı gözləntilərini də açıqlayıb:

“Neftin qiymətində ciddi dəyişikliklər baş verərsə, yəni 40 dollar olsa belə, Azərbaycan üçün təhlükəli deyil. Hazırda neftin bugünkü qiyməti 59 dollardır. Biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq. Belə olan halda manatla bağlı heç bir problem görmürəm”.




Teqlər:  





Xəbər lenti