Putin 110 min polisi işdən çıxardı

Putin 110 min polisi işdən çıxardı
  14 İyul 2015    Oxunub:3999
Rusiya Daxili İşlər Nazirliyində kütləvi ixtisarlar başlayıb.

Prezident Vladimir Putin nazirliyin bir neçə ştatının ləğvi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, nazirliyin 110 min əməkdaşı işsiz qalacaq.

Qeyd edək ki, hələ ilin əvvəlində Rusiya mətbuatı məlumat yaymışdı ki, ölkənin Daxili İşlər Nazirliyi yeni əməkdaşların işə qəbulunu dayandırıb. Bu ilin martında isə nazir özü ixtisarların olacağı barədə xəbərdarlıq etmişdi.

Hazırda Rusiya Daxili İşlər Nazirliyinin ştat vahidi 1,113 mln. nəfər təşkil edir.



Teqlər:  





Xəbər lenti