Büdcəyə 3 milyard 346 milyon xeyir

Büdcəyə 3 milyard 346 milyon xeyir
  13 İyul 2015    Oxunub:2752
2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,8 faiz əməl edilib.
Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən AzVision.az -a verilən məlumata görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur.

Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti