Maşın xanım piyadanı vurdu: vəziyyəti ağırdır

Maşın xanım piyadanı vurdu: vəziyyəti ağırdır
  12 İyul 2015    Oxunub:1967
Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən yerli sakin Bayramova Elmira Cavanşir qızını hərəkətdə olan "Mercedes" markalı minik maşını vurub. Ağır dərəcəli bədən xəsarətləri alan yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin sözlərinə görə, Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti