Konsulluq qarşısında güclü partlayış - yaralılar var

Konsulluq qarşısında güclü partlayış - yaralılar var
  11 İyul 2015    Oxunub:2422
Misirin paytaxtı Qahirdə İtaliya konsulluğunun binası yaxınlığında partlayış baş verib.
Bu barədə AzVision.az `Reuters`ə istinadən xəbər verir.

Hadisə nəticəsində konsulluğun yaxınlığında olan iki polis və yaxınlıqdan keçən üç nəfər yaralanıb.

Bundan əlavə hadisə nəticəsində konsulluğun yerləşdiyi binanın fasadı dağılıb.

Hələlik hadisəyə görə, məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti