Erməni qubernator zirehli `Lexus`da gəzir

Erməni qubernator zirehli `Lexus`da gəzir
  11 İyul 2015    Oxunub:5535
Ermənistanın Syunik vilayətinin qubernatoru mayın 20-də ona qarşı sui-qəsd cəhdindən sonra qorunması xüsusi tədbirlər görüb.
AzVision.az Ermənistanın `Joxovurd` qəzetinə istinadən xəbər verir ki, bu yaxınlarda Surik Xaçatryan özünə yeni `Lexus` markalı zirehli avtomobil alıb. Syunik vilayətinin öz təhlükəsizliyi haqda bu qədər düşünməsi özü – özlüyündə maraqlı faktdır.

Erməni qəzeti yazır ki, adətən Surik Xaçataryanla problemi olan şəxslər özlərinin təhlükəsizliyi haqda düşünürlər və indiyə qədər elə bir president olmayıb ki, zirehli maşın onlara kömək etsin: `Digər tərəfdən hakim dairələr qubernatorun oğlu və yaxınlarının iştirakı ilə baş verən kütləvi dava-dalaşla bağlı məsələni ört-basdır edə bilməsə, onda onlar yenidən Xaçataryanı istefaya, özü də bu dəfə birdəfəlik istefaya göndərməli olacaqlar. Bu halda isə Syunik qubernatorunun narahat olmağa əsası olacaq. Kim olmasa da, o özü qohumlarının bu illər ərzində neçə ailənin həyatını qaraltdığını yaxşı bilir`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti